Sala: “Ümidvaram ki, “San-Siro”nu xilas edəcək bir həll tapılacaq”

Milan meri Cüzeppe Sala bildirib ki, “İnter” və “Milan”ın öz stadionlarını tikmək planlarından sonra “San-Siro”nu qorumaq ümidini itirmir.

Arena.az TMW dərgisinə istinadən, Salanın bu barədə fikirlərini təqdim edir:

“Məni azacıq qıcıqlandıran bir məqam var: stadion məsələsi, burada nikbin və ya bədbin olmaq yox, hesabdar mövqe tutmaq istəyirəm. Ancaq ümidvaram ki, “San-Siro”nu xilas edəcək və klubları hələ də onların evi ola biləcəyinə inandıracaq bir həll tapıla bilər.

Hər şeyi etmək olar, o cümlədən hər iki klubun stadionu almasını. Söhbət ondan gedir ki, klublar, “WeBuild”in bizə indiki 74 min yerdən 4-5 min yeri itirərək, oyunları dayandırmadan stadionu təmir edilə biləcəyini izah etdiyini bilə-bilə, onu təmir etməyə razı olacaqlarmı.

İndi hər şey aydındır, onlar qərar verməlidirlər. İşlərin vəziyyətində isə onları kim daha yaxşı edəcək? Cavab mənasızdır – fərdi şəxslər. Onların daha çox imkanları var, onlar bunu tez edə bilərlər, ümidvaram”, deyə Sala böyük ümidlə bildirib.

Xatırladaq ki, “Milan” 2028-ci ilə qədər Milan əyalətinin San-Donato şəhərciyində stadion inşasını planlaşdırır. “İnter” də o vaxta qədər “Cüzeppe Meatsa”dan köçməyi nəzərdə tutub.

Belə olacağı halda italyan futbol tarixinin incisi “Cüzeppe Meatsa” stadionunu gərəksizliyi səbəbindən bircə aqibət gözləyir – soküntü və tarixin yaddaşına vərəqlərdə həkk edilərək toz basması.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: