“Sanderlend” İngiltərə Premyer Liqasına yüksəldi

İngiltərə Premyer Liqasına vəsiqə uğrunda Çempionşip təmsilçiləri “Şeffild Yunayted” və “Sanderlend”in qarşılaşdığı ələmə oyunu başa çatıb.

Arena.az məlumat verir ki, Londonun “Uembli” stadionunda keçirilmiş dramatik oyun “qara pişiklər”in “tiyələr” üzərində 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlarışıb.

Oyunda hesabı “Şeffild Yunayted” açıb – 25-ci dəqiqədə Tayriz Kempbell fərqlənib. Fasilədən sonra, 76-cı dəqiqədə Eliezer Mayenda bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə isə “qara pişiklər” qələbə qolunu vuraraq, azarkeşlərini sevincə qərq ediblər.

Əlavə edək ki, “Şeffild Yunayted” sonuncu dəfə İngiltərə Premyer Liqasında 2023/2024-cü illər mövsümündə oynayıb. “Sanderlend” isə 2016/2017-ci illər mövsümündən Premyer Liqaya həsrət idi.

Cari mövsümün yekunlarına əsasən, daha əvvəl Premyer Liqaya “Lids Yunayted” və “Börnli” vəsiqə qazanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: