“Şeffild Yunayted” Premyer Liqada antirekorda imza atdı

“Şeffild Yunayted” İngiltərə Premyer Liqası tarixində oyunun 75-ci dəqiqəsindən sonra 2 avtoqol buraxmış ilk komandadır.

Arena.az bu barədə “OptaJoe” dərgisinə istinadən məlumat verir.

Antirekord Premyer Liqanın 19-cu turu çərçivəsində “Luton Taun”la oyunda (2:3) yaşanıb.

Bu 2 qol arasında cəmi 4 dəqiqə 34 saniyə zaman kəsiyi qeydə alınıb. “Luton Taun”la oyunun 77-ci dəqiqəsində “Şeffild”in müdafiəçisi Cek Robinson avtoqolla hesabı bərabərləşdirib – 2:2. Ardınca isə “tiyələr”in yarımmüdafiəçisi Anis Slimane eyni “qələti” təkrarlayıb və nəticədə bu komanda evdə 2:3 hesabı ilə məğlub olub.

19 turdan sonra “Şeffild Yunayted” 9 xalla Premyer Liqanın turnir cədvəlində sonuncu, 20 pillədə “pas atırlar”. “Luton Taun” da “zirzəmi”də yer alıb, 18 oyundan sonra “şlyapaçılar” 18 xalla 18-ci pillədədirlər. Premyer Liqaya 42 xalla “Liverpul” başçılıq edir. 18 oyun keçirmiş “Arsenal” 40 xalla 2-ci pillədədir və potensial lider statusundadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: