“Şeffild Yunayted”in kapitanı LGBT-ni dəstəkləməkdən imtina etdi

“Şeffild Yunayted”in bosniyalı mərkəz müdafiəçisi və kapitanı Anel Əhmədhociç LGTB hərəkatına dəstəkdən imtina edib.

Arena.az “Teller Report” dərgisinə istinadən məlumat verir ki, Əhmədhociç İngiltərə Premyer Liqasında LGBT hərəkatına dəstək xüsusiyyətli “göy qurşaqlı” kapitan sarğısını taxmaqdan son yeddi ildə imtina etmiş ilk futbolçu olub.

Dekabrın 2-dən 7-nə qədər Premyer Liqada bütün komanda kapitanlarının “göy qurşağı” kapitan sarğıları taxması fikri irəli sürülmüş təşviq keçirilib. Lakin 24 yaşlı Əhmədhociç bunu etməyib. O, İngiltərə Premyer Liqasının 15-ci turunda “Liverpul”a qarşı oyuna (0:2) komandasını adi kapitan sarığısı ilə çıxarıb.

Anel Əhmədhociç “Şeffild Yunayted”ə 2022-ci ilin iyulunda 4,5 milyon avro qarşılığında “Malmö”dən keçib. Əhmədhociçin “tiyələr”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Əhmədhociç bu komandanın heyətində 12 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Anel Əhmədhociç 2020-ci ilin oktyabrında debüt etdiyi Bosniya və Herseqovina yığmasının heyətində 21 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 24 yaşlı Anel Əhmədhociçi 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: