“Seltik” derbidə “Reyncers”i məğlub edib “qızıl dubl”a imza atdı

2023/2024-cü illər mövsümü Şotlandya Kubokunun finalında ölkənin iki nəhəngi – “Seltik” və “Reyncers” üz-üzə gəliblər.

Arena.az məlumat verir ki, Qlazqo derbisində əzəlini rəqibini məğlub etmiş “Seltik” cari mövsümdə “qızıl dubl”unu rəsmiləşdirib.

Oyunda yeganə qolu 90-cı dəqiqədə “yoncalar”ın irlandiyalı mərkəz hücumçusu Adam Ayda vurub.

Bununla da sözügedən komanda 42-ci dəfə Şotlandiya Kubokuna sahib olub ki, bu da mütləq ölkə rekordudur. “Reyncers”in isə 34 qəniməti var.

Beləliklə, “Seltik” həm də “qızıl dubl”unu rəsmiləşdirib. Daha əvvəl, “yoncalar” Şotlandiya Premyer Liqasının qalibi olmuşdular.

Cari mövsüm Şotlandiya Liqa Kubokunu isə “Reyncers” qazanıb. “Reyncers” finalda “Aberdin”i 1:0 hesabı ilə məğlub etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: