Serxio Riko reanimasiyadan palataya köçürüldü

Fransa çempionu PSJ-nin İspaniyadan olan qapıçısı, yenicə komandan çıxan Serxio Riko reanimasiyadan adi palataya köçürülüb.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.

Futbolçunun kəllə-beyin zədəsi diaqnozu ilə Sevilyadakı xəstəxanaların birində üç həftə reanimasiyada qaldığı, süni koma vəziyyətinə salındığı və dünən komadan çıxaraq bu gün səhhətinin yaxşılaşması səbəbilə adi palataya köçürüldüyü bildirilib.

Hazırda Serxio Rikonun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Futbolçu tam sağalması üçün bərpa kursu keçir.

Xatırladaq ki, qapıçının nümayəndələri futbolçunu qatır arabası və qaçan atın vurması səbəbindən qəzaya uğradığını bildirmişdilər.

Serxio Riko 2020-ci ildən PSJ-də çıxış edir. Qapıçının klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: