“Srvena Zvezda” “Real”ın dünya rekordunu qırdı

Serbiya nəhəngi “Srvena Zvezda” yerli liqada ev oyunlarının ən uzun məğlubiyyətsizlik silsiləsinə görə yeni dünya rekordu müəyyənləşdirib.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən məlumat verir.

Belqrad təmsilçisinin dekabrın 9-da “Mladost Luçani” üzərində qələbəsi (3:1) evdə ardıcıl 122-ci məğlubiyyətsiz liqa oyunu olub.
Beləliklə, sözügedən komanda Madrid “Real”ına məxsus əvvəlki rekordu qırıb: 1957-1965-ci illər aralığında “kral klubu” İspaniya La Liqasında 121 ardıcıl ev oyununda məğlub olmamışdı.

“Srvena Zvezda” üçün milli çempionatda son məğlubiyyəti 18 aprel 2017-ci ilə təsadüf edir. Bu oyunda Belqrad təmsilçisi əzəli rəqibi “Partizan”a qarşı oyunda 1:3 hesabı ilə məğlub olmuşdu. 30 aprel 2017-ci il tarixində isə “Qırmızı ulduz” növbəti ev oyununda “Voyvodina”nı qəbul edib və 2:0 hesabı ilə qalib gəldiyi oyunda cari tarixi silsiləyə başlanğıc verib.

Milli çempionatlar tarixində ən uzun məğlubiyyətsizlik silsiləsinə nail olmuş koomandaları təqdim edirik. Maraqlıdır ki, “Srvena Zvezda” bu siyahıda iki yerə sahibdir. Göründüyü kimi, “Qırmızı ulduz” əvvəllər də müvafiq uğura nail ola bilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: