“Srvena Zvezda” Serbiya Kubokunu qazandı – 7-ci dəfə!

Futbol üzrə Serbiya Kubokunun 2023/2024 mövsümünün “Srvena Zvezda” və “Voyvodina” arasında baş tutan final oyunu başa çatıb.

Arena.az məlumat verir ki, oyun “Qırmızı ulduz”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, sözügedən klub Serbiya Kubokunda qalibiyyətlərin sayına görə digər Serbiya nəhəngi “Partizan”la bərabərəlşib. Hər iki Belqrad təmsilçisinin muzeyində indi 7 Serbiya Kuboku var. Həmçinin “Partizan” 4 dəfə, “Srvena Zvezda” isə 2 dəfə yarışın finalçısı olub.

Serbiya Kubokunun tarixi 2006/2007-ci illər mövsümündən, Serbiyanın Çernoqoriyadan ayrılması ilə başlayır.

Digər qaliblərə gəlincə, “Voybodina” 2 dəfə Serbiya Kubokunda qalibiyyəti bayram edib, 5 finalda məğlub olub. “Yaqodina” 1 dəfə finalçı olub, 1 dəfə isə qalibiyyət sevinci yaşayıb. “Çukariçki” isə 1 dəfə Serbiya Kubokuna sahib olub.

Vurğulayaq ki, cari mövsümdə “Srvena Zvezda” həmçinin “qızıl dubl”a imza atıb. “Qırmızı ulduz” həm də Serbiya çempionluğunu bayram etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: