Stefano Pioli “Milan” azarkeşləri ilə duyğusalcasına vidalaşdı

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyası 38-ci tur “Salernitana” ilə ev oyunundan (3:3) sonra “rossoneri” azarkeşləri ilə vidalaşıb.

Arena.az xatırladır ki, “Milan” cari mövsümüm 2-ci pillədə başa vuraraq, İtaliya A Seriyasının gümüş mükafatçısı olub.

“Məşqçi karyerasında nadir rast gəlinən duyğuları azarkeşlərimiz sayəsində yaşadım.

Qəlbimi sevinc və həzzlə doldurdular. Belə bir nüfuzlu klubun tarix kitablarında əbədi qalmaq üçün birlikdə gördüyümüz işlərlə yalnız fəxr edə bilərəm. Bu təcrübə məni bu nöqtəyə gətirdi və imkanım olsa, xüsusi nəsə qurmağa davam etmək istəyirəm. Mən çox tələbkar insanam, öz rahatlıq çevrəmdən çıxıram. Klubdan və futbolçulardan nə tələb edəcəyimi bilirəm, səviyyəni yenidən yüksəltmək üçün nə gərək olduğunu bilirəm. Bu, peşənin sevinci də bundadır.

“Özümü yorğun hiss etmirəm, amma…”

Biz skudetto qazanmış ən gənc komanda idik və mən bu oğlanların necə kişiləşməsini izləyirdim. Deyə bilərəm ki, hansısa xüsusi bir məqamı təkrarlamağa cəhd etmək iddialarım var. Son həftələrdə agentim zəng edib, ona dedim ki, klubla bütün məsələlər həll edilənə qədər mənə heç nə deməsin. Düşünürəm ki, yaxın on gündə nəsə baş verə bilər. Məni sövq edən bir şey tapmalıyam.

Düşündüm ki, azacıq istirahət edə bilərəm, çünki komandaları izləməklə səyahət etmək fikrinin özü inkişaf etməyə, yeni şeylər öyrənməyə davam etməyə kömək edə bilər. Özümü yorğun hiss etmirəm, amma inandırıcı bir məqama ehtiyacım var. Hər şey olur, dövrlər başlayır və bitirlər, mənim qədər davam etmək asan deyil. Hər kəs üçün daha yaxşı olacağını düşünürəm.

Mən ingilis dilini öyrənirəm, bəlkə də bunun üçün doğru vaxtdır. Qarşıdakı 10-15 gün ərzində hər şeyi görəcəyik, bu, həlledici ola bilər, amma axtarış zamanı konkret nəsə seçmək üçün təzyiq hiss etmirəm”, – “Footbal Italia” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, mayın 24-də “Milan”ı mətbuat xidməti Stefano Piolinin komandanın baş məşqçi vəzifəsindən istefa verdiyini rəsmən açıqlamışdı.

Stefano Pioli “Milan”ı 2019-cu ilin oktyabrında qəbul edib. 58 yaşlı italyan mütəxəssisin “rossoneri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Stefano Piolinin rəhbərliyi müddətində “Milan” bütün yarışlarda 240 oyuna çıxıb, 132 qələbə qazanıb, 56 heç-heçə edib, 52 məğlubiyyət acısısı yaşayıb. Topların fərqi isə 437:282 nisbətindədir.

Pioli “Milan”a 2021/2022-ci illər mövsümündə İtaliya A Seriyasının çempionluğunu qazandırıb.

Cari mövsümdə isə Pioli “Milan”la İtaliya A Seriyasının gümüş medalını qazanıb. “Rossoneri” 38 oyundan 75 xalla yarış cədvəlində 2-ci pilləni təmin edərək, növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: