“Sumqayıt” Ayxan Abbasov ilə müqaviləyə xitam verdi

“Sumqayıt” baş məşqçisi Ayxan Abbasov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub 40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verildiyi açıqlayıb. Ona klubda göstərdiyi xitmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Ayxan Abbasov 2018-ci ilin noyabrından “Sumqayıt”da baş məşqçi kimi çalışırdı. O, həmin vaxt bu postda Nazim Süleymanovu əvəz etmişdi. Sumqayıt təmsilçisinin yeni baş məşqçisinin kim olacağı hələ bilinmir.

Sonda onu da bildirək ki, Abbasovun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, komanda Azərbaycan Premyer Liqasında 14 turda topladığı 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: