2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Vüqar Mustafayev ilə bağlı qərarını açıqlayıb.
Arena.az xəbər verir ki, sözügedən klub komandanın vitse-kapitanı olan futbolçu ilə yeni müqavilə bağlayıb.
Yeni müqaviləyə əsasən, Vüqar növbəti mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.
Qeyd edək ki, 2019-cu ildən bu komandanın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümümilikdə 40 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin uğurları üçün çalışıb.
“Sumqayıt” daha öncə Vurğun Hüseynov, Murad Xaçayev və Elvin Məmmədovla da yeni müqavilə bağlamışdı.


