Super Liqa: “Adana Dəmirspor” “Girəsunspor”la bacarmadı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 20-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Adana Dəmirspor” doğma meydanda “Girəsunspor”la qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun qalan oyunları 21, 22 və 23 yanvarda keçiriləcək.

Türkiyə Super Liqası
20-ci tur
20 yanvar

Adana Dəmirspor – Girəsunspor 1:1
Qol: Ndiaye, 84 – Bayiç, 13-pen.

21 yanvar

17:00. Kasımpaşa – Başakşəhər
20:00. Qalatasaray – Antalyaspor

22 yanvar

14:30. Qaziantep – Sivasspor
17:00. Alanyaspor – Fatih Karagümrük
17:00. Kayserispor – Beşiktaş
20:00. Trabzonspor – İstanbulspor

23 yanvar

21:00. Konyaspor – Ankaragücü
21:00. Ümraniyəspor – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: