Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 24-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Alanyaspor” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Meydan sahibləri bu oyunda tək qolla 3 vacib xala seviniblər.
Qeyd edək ki, bu, Alanya klubunun yeni baş məşqçi Ersun Yanalın rəhbərliyi altındakı ilk matçı idi. Təcrübəli mütəxəssis debüt matçında müsbət nəticəyə sevinib.
Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə Super Liqası
24-cü tur
3 mart
Alanyaspor – Başakşəhər 1:0
Qol: E.Bekiroğlu, 54.
4 mart
14:30. Fatih Karagümrük – Sivasspor
17:00. Trabzonspor – Ümraniyəspor
20:00. Kayserispor – Fənərbaxça
5 mart
17:00. Konyaspor – Girəsunspor
20:00. Beşiktaş – Ankaragücü
6 mart
21:00. Kasımpaşa – Antalyaspor


