Super Liqa: “Beşiktaş” 3:0 öndə olduğu matçdan 1 xalla ayrıldı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Qaziantep” doğma meydanda “Ankaragücü”nü minimal hesabla üstələyib. “Ümraniyəspor” isə “Antalyaspor”la ev oyunundan məğlub ayrılıb.

Altı qolun qeydə alındığı “Alanyaspor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib. İstanbul təmsilçisi ilk yarıda 3:0 öndə olduğu matçın yekununda 1 xalla kifayətlənib. Buna komandanın 1 saata yaxın azlıqda mübarizə aparması səbəb olub.

Türkiyə Super Liqası
2-ci tur
14 avqust

Qaziantep – Ankaragücü 1:0
Qol: E.Ersoy, 47.

Ümraniyəspor – Antalyaspor 0:1
Qol: Rayt, 59.

Alanyaspor – Beşiktaş 3:3
Qol: E.Bəkiroğlu, 45+3. Sayss, 81-öz qapısına. Kandeyas, 90+2 – Nkudu, 3. S.Uçan, 20. Gezzal, 31-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: