Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Ankaragücü” – “Konyaspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Üç qolun qeydə alındığı “Kasımpaşa” – “Adana Dəmirspor” matçında meydan sahibləri qələbə qazanıblar. Yeri gəlmişkən, qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev debüt edib. O, 23-cü dəqiqədə meydana buraxıldığı bu görüşdə 2 qol buraxıb.
“Beşiktaş” – “Kayserispor” matçında da qapılara 3 qol vurulub və meydan sahibləri qələbə qazanıblar.
“Fənərbaxça” isə bu dəfə səfərdə “Alanyaspor”u tək qolla məğlub edib və zirvədəki mövqeyini qoruyub.
6-cı tura sabah keçiriləcək “Hatayspor” – “Trabzonspor” oyunu ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
6-cı tur
22 sentyabr
Qaziantep – İstanbulspor 2:0
Qollar: Draquş, 74. Ayeti, 90+5.
23 sentyabr
Pendikspor – Fatih Karagümrük 1:1
Qollar: Romero, 45+2 – Eysserik, 90+1.
Rizəspor – Sivasspor 1:1
Qollar: Vareşanoviç, 35 – Says, 7.
Antalyaspor – Samsunspor 2:0
Qollar: Yehezkel, 10; 18.
Başakşəhər – Qalatasaray 1:2
Qollar: Dyubua, 64 – Ziyeş, 43. İkardi, 50.
24 sentyabr
Ankaragücü – Konyaspor 1:1
Qollar: Bayiç, 3 – A.Oğuz, 28.
Beşiktaş – Kayserispor 2:1
Qollar: Abubakar, 56. Oksleyd-Çemberlen, 62 – Mane, 47.
Alanyaspor – Fənərbaxça 0:1
Qol: İ.C.Kahveci, 43.
Kasımpaşa – Adana Dəmirspor 2:1
Qollar: A.Kara, 25; 51-pen – Y.Ərdoğan, 80-pen.
25 sentyabr
21:00. Hatayspor – Trabzonspor


