Futbol üzrə Türkiyə çempionatında (Super Liqası) 2022/2023 mövsümünün 28-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə “Sivasspor” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Qeyri-sabit mövsüm keçirən komandaların oyununda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Beşiktaş” isə “Girəsunspor”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər. Bu qələbədən sonra xalı ehtiyatını 55-ə çatdıran “qara qartallar” ikinci pilləyə yüksəliblər. Zirvədə isə 63 xalı olan “Qalatasaray” qərarlaşıb.
26-cı turun qalan oyunları sabah keçiriləcək.
Türkiyə Super Liqası
28-ci tur
7 aprel
Konyaspor – Antalyaspor 1:1
Qol: M.Dəmir, 24 – Rayt, 45.
8 aprel
Ankaragücü – İstanbulspor 3:2
Qol: Sou, 10; 53. Diak, 24 – K.Şen, 47. Eyenqa-Lokilo, 55.
Kasımpaşa – Trabzonspor 2:0
Qol: Şuyar, 29. Eysserik, 76.
9 aprel
Sivasspor – Başakşəhər 1:1
Qol: L.Duarte, 37-öz qapısına – P.Şiş, 61.
Beşiktaş – Girəsunspor 3:1
Qol: V.Abubakar, 39; 45+5. Redmond, 54 – R.Bayiç, 21.
10 aprel
17:00. Kayserispor – Ümraniyəspor
21:30. Fatih Karagümrük – Fənərbaxça


