Super Liqa: “Beşiktaş” Günəşin debütündə darmadağına sevindi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 12-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kayserispor” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib.

“Ankaragücü” doğma meydanda “Hatayspor”u böyük hesabla məğlub edib.

“Beşiktaş” isə “Ümraniyəspor”la ev oyunundan darmadağınla ayrılıb. Bu, sözügedən komandanın köhnə-yeni baş məşqçisi Şenol Günəşin rəhbərliyi altındakı ilk qarşılaşma olub.

“Fənərbaxça” da “İstanbulspor”la səfər oyununda darmadağına sevinib.

12-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Türkiyə Super Liqası
12-ci tur
28 oktyabr

Fatih Karagümrük – Qalatasaray 0:2
Qol: E.Taşdemir, 60. Mata, 85.

29 oktyabr

Konyaspor – Kasımpaşa 1:1
Qol: Gilyerme, 82 – Hayradinoviç, 50.

Alanyaspor – Qaziantep 2:0
Qol: Fer, 21. Balkoveç, 53.

30 oktyabr

Ankaragücü – Hatayspor 4:1
Qol: Beridze, 3. T.Antalyalı, 61. Sou, 70. Diak, 90+2 – El Kaabi, 86.

Beşiktaş – Ümraniyəspor 5:2
Qol: C.Tosun, 5; 62. Veqhorst, 33; 78. T.Sanuç, 48 – Del Valle, 45. Avunu, 57.

Kayserispor – Adana Dəmirspor 2:2
Qol: Qavranoviç, 67. Kardoso, 82 – Ndiaye, 12. Onyekuru, 65.

İstanbulspor – Fənərbaxça 2:5
Qol: J.Topallı, 48; 67 – Batşuayi, 18; 49; 88. İ.C.Kahveci, 36. Valensiya, 87.

31 oktyabr

21:00. Başakşəhər – Girəsunspor
21:00. Sivasspor – Antalyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: