Super Liqa: “Beşiktaş” “İstanbulspor”u 3 qolla yendi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Kasımpaşa” – “Ümraniyəspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Adana Dəmirspor” “Antalyaspor”la ev oyununda inamlı qələbəyə sevinib. “Beşiktaş” isə “İstanbulspor”u məğlub yola salıb.

Tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.

Türkiyə Super Liqası
26-cı tur
17 mart

Konyaspor – Qalatasaray 2:1
Qol: S.Dikmen, 62. O.Ülgün, 90+3 – M.Raşiça, 31.

18 mart

Kasımpaşa – Ümraniyəspor 1:1
Qol: Fall, 29 – Mrşiç, 41-pen.

Adana Dəmirspor – Antalyaspor 2:0
Qol: E.Akbaba, 33. Ndiaye, 45+2.

Beşiktaş – İstanbulspor 3:1
Qol: C.Tosun, 42. Abubakar, 56. Redmond, 90+3 – Lokilo, 70.

19 mart

17:00. Fatih Karagümrük – Başakşəhər
17:00. Sivasspor – Ankaragücü
20:00. Alanyaspor – Fənərbaxça

Xəbəri sosial şəbəkələrdə paylaş: