Super Liqa: “Beşiktaş” qələbəni son anda əldən verdi

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

Üç qolun qeydə alındığı “Hatayspor” – “Göztəpə” matçında meydan sahibləri qələbə qazanıb.

“Beşiktaş” isə “Adana Dəmirspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda qələbəni son anda əldən verib.

Türkiyə Super Liqası
25-ci tur

11 fevral

Altay – Rizəspor 0:0

12 fevral

Başakşəhər – Qaziantep 2:0
Qol: Pizzi, 34. S.Gürler, 87.

Girəsunspor – Fənərbaxça 1:2
Qol: Çikinyo, 2 – Valensiya, 30. Pelkas, 53.

Qalatasaray – Kayserispor 1:1
Qol: M.Məhəmməd, 85 – M.Kardozo, 70.

13 fevral

Sivasspor – Yeni Malatyaspor 2:1
Qol: Kayode, 52. Fajr, 70 – K.Özer, 31.

Antalyaspor – Fatih Karagümrük 3:0
Qol: Fernando, 17. Kudryaşov, 30. A.Mehmedi, 85.

Kasımpaşa – Alanyaspor 2:2
Qol: Fall, 65. Muleka, 68 – Eduardo, 42. E.Bekiroğlu, 74.

Trabzonspor – Konyaspor 2:1
Qol: Vişça, 13; 67 – Çikalleşi, 83.

14 fevral

Adana Dəmirspor – Beşiktaş 1:1
Qol: S.Akaydın, 90+2 – A.Teyşeyra, 31.

Hatayspor – Göztəpə 2:1
Qol: Diuf, 36. El Kaabi, 45 – H.Akbunar, 59.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: