Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha bir qarşılaşma baş tutub.
Turun mərkəzi oyununda “Beşiktaş” və “Qalatasary” komandaları üz-üzə gəliblər. İstanbul derbisində hesabı qonaqlar açıblar. Amma qalan dəqiqələrdə ardıcıl üç qol vuran “qara qartallar” lideri məğlub yola salıb.
32-ci tura “İstanbulspor” – “Girəsunspor” matçı ilə yekun vurulacaq.
Türkiyə Super Liqası
32-ci tur
28 aprel
Alanyaspor – Ümraniyəspor 1:0
Qol: Koka, 4.
29 aprel
Fatih Karagümrük – Antalyaspor 0:1
Qol: D.Sinik, 21.
Konyaspor – Trabzonspor 2:1
Qol: Pozuelo, 37. S.Dikmen, 85 – Hamşik, 12.
Ankaragücü – Kasımpaşa 0:0
Sivasspor – Fənərbaxça 1:3
Qol: Kaysedo, 76 – Rossi, 22. F.Kadioğlu, 45+1; 45+10.
30 aprel
Beşiktaş – Qalatasary 3:1
Qol: Sayss, 35. Hacıahmetoviç, 58. Abubakar, 90+3 – İkardi, 20.
1 may
21:00. İstanbulspor – Girəsunspor


