Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
“Beşiktaş” 14-cü turdan təxirə salınmış oyunda “Antalyaspor”u qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
Günün digər oyununda “Ümraniyəspor”la “Adana Dəmirspor” komandaları üz-üzə gəliblər. 23-cü turdan təxirə salınmış bu oyunda da qalib müəyyənləşməyib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
Hazırda 54 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 48 xalla ikincidirsə, “Beşiktaş”la “Başakşəhər” 40 xalla üçüncü pilləni bölüşdürürlər. “Adana Dəmirspor”un 39, “Trabzonspor”un 38, “Kayserispor”un 35, “Konyaspor”un 27, “Fatih Karagümrük”ün 26 xalı var.
Türkiyə Super Liqası
25 fevral
14-cü turun oyunu
Beşiktaş – Antalyaspor 0:0
23-cü turun oyunu
Ümraniyəspor – Adana Dəmirspor 1:1
Qol: Kayode, 90 – Ndiaye, 79.


