Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 29-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Girəsunspor” doğma meydanda “Sivasspor”u tək qolla məğlub edib. Səfərdə “Trabzonspor”la qarşılaşan “Beşiktaş” isə xal itkisi ilə üzləşib.
Beləliklə, 27 turdan sonra 66 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxa” 60 xalla ikinci, “Beşiktaş” 56 xalla üçüncü pillədə qərarlaşıb.
“Adana Dəmirspor” 51, “Başakşəhər” və “Trabzonspor” hərəyə 45, “Kayserispor” 44 xal toplayıb. Azərbaycan millisinin hücumçusu Mahir Emrelnin də formasını geyindiyi “Konyaspor”un 36 xalı var. “Fatih Karagümrük” 34 xal əldə edib.
Türkiyə Super Liqası
29-cu tur
14 aprel
Antalyaspor – Alanyaspor 3:1
Qol: D.Sinik, 27. Ndao, 39. B.Yıldırım, 85 – Koka, 21.
Qalatasaray – Kayserispor 6:0
Qol: İkardi, 18; 42-pen; 45+12. Raşiça, 23. K.Aktürkoğlu, 59. Zaniolo, 71.
15 aprel
Adana Dəmirspor – Kasımpaşa 5:0
Qol: Akintola, 18; 21. Y.Sarı, 27. Ndiaye, 80. Belhanda, 90.
İstanbulspor – Başakşəhər 1:0
Qol: E.Eze, 45+7.
Fənərbaxça – Ankaragücü 2:1
Qol: Valensiya, 87-pen. Krespo, 90+6 – Sou, 80.
16 aprel
Girəsunspor – Sivasspor 1:0
Qol: Kampusano, 18.
Trabzonspor – Beşiktaş 0:0


