Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 21-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Beşiktaş” “Alanyaspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda 3 xalı 3 cavabsız qolla qazanıb.
Turun qalan qarşılaşmaları 28 və 29 yanvarda keçiriləcək.
Türkiyə Super Liqası
21-ci tur
27 yanvar
Beşiktaş – Alanyaspor 3:0
Qol: C.Tosun, 20-pen; 50. D.Alli, 59.
28 yanvar
14:30. Sivasspor – Adana Dəmirspor
17:00. Ankaragücü – Qaziantep
17:00. Hatayspor – Trabzonspor
20:00. Antalyaspor – Ümraniyəspor
20:00. Girəsunspor – Qalatasaray
29 yanvar
14:30. İstanbulspor – Kayserispor
17:00. Başakşəhər – Konyaspor
20:00. Fənərbaxça – Kasımpaşa


