Super Liqa: “Beşiktaş”dan ardıcıl dördüncü məğlubiyyət

Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Antalyaspor” evdə “Alanyaspor”u darmadağınla məğlub edib. “Rizəspor” isə “Kayserispor”la oyundan qalib ayrılıb.

Son turlarda uğursuz çıxış edən “Beşiktaş” bu dəfə “Girəsunspor”un müqavimətini qırmağa çalışıb. Lakin “qara qartallar” bu oyunda böyük hesabla məğlub olub. Dörd cavabsız qolla uduzan İstanbul təmsilçisi ardıcıl dördüncü oyundur xalsız qalır. Sərgən Yalçının çalışdırdığı kollektiv bütövlükdə bu mövsüm ölkə çempionatında 6 məğlubiyyətə üzülüb.

Türkiyə Super Liqası
14-cü tur
26 noyabr

Adana Dəmirspor – Kasımpaşa 0:0

Başakşəhər – Altay 0:0

27 noyabr

Antalyaspor – Alanyaspor 3:0
Qol: B.Balçı, 40. Mukayru, 68. Floranus, 90.

Rizəspor – Kayserispor 1:0
Qol: S.Ay, 48.

Beşiktaş – Girəsunspor 0:4
Qol: Diabate, 22. Balde, 55. Serjinyo, 64. Çampness, 90.

28 noyabr

14:30. Qaziantep – Konyaspor
17:00. Sivasspor – Hatayspor
17:00. Fatih Karagümrük – Trabzonspor
20:00. Yeni Malatyaspor – Qalatasaray

29 noyabr

21:00. Göztəpə – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: