Super Liqa: “Beşiktaş”ın oyunu partlayışa görə təxirə salındı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 14-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma keçirilməli idi.

Lakin onlardan yalnız üçü baş tutub. “Beşiktaş” – “Antalyaspor” matçı isə təxirə salınıb. Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Buna İstanbulun İstiqlal küçəsindəki partlayış səbəb göstərilib. Hadisə nəticəsində azı 6 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu üzdən də təhlükəsizlik səbəbi ilə “Beşiktaş”ın stadionunda keçirilməli olan matçın başqa tarixdə oynanılmasına qərar verilib. “Vodafone Park”da keçirilməli olan bu qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start verilməli idi.

Baş tutan oyunlara gəlincə, altı qolun qeydə alındığı “Fatih Karagümrük” – “Qaziantep” matçında qalib müəyyənləşməyib. “İstanbulspor” doğma meydanda “Hatayspor”a, “Kayserispor” isə “Konyaspor”a məğlub olub.

14 turdan sonra 29 xala malik “Fənərbaxça” vahid liderdir. İkinci olan “Qalatasaray”ın 27 xalı varsa, “Adana Dəmirspor”, “Konyaspor” və “Başakşəhər” 24 xal toplayıb. “Kayserispor”la “Trabzonspor”un 23, “Beşiktaş”ın 22 xalı var.

Türkiyə, Super Liqa
14-cü tur
11 noyabr

Alanyaspor – Adana Dəmirspor 0:0

Ankaragücü – Trabzonspor 1:1
Qol: T.Cigerci, 74-pen – Bardi, 70.

12 noyabr

Sivasspor – Ümraniyəspor 2:2
Qol: Yatabare, 32. Njie, 59 – Avunu, 27. Mrşiç, 83-pen.

Fənərbaxça – Girəsunspor 1:2
Qol: Valensiya, 19-pen – Sayns, 71; 83.

Başakşəhər – Qalatasaray 0:7
Qol: K.Aktürkoğlu, 14; 59; 85. İkardi, 45-pen. Ndayişimiye, 45+4-öz qapısına. Mertens, 65. A.Bardakçı, 88.

13 noyabr

Fatih Karagümrük – Qaziantep 3:3
Qol: Baniya, 32; 52. Kuassi, 69 – E.Ersoy, 13. Fiqeyredo, 20. Mekrel, 65.

İstanbulspor – Hatayspor 0:1
Qol: El Kaabi, 24.

Kayserispor – Konyaspor 1:2
Qol: Hosseini, 8 – Kalvo, 9. Diuf, 22-pen.

Beşiktaş – Antalyaspor matçı təxirə salınıb

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: