Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 22-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Qaziantep” doğma meydanda “Hatayspor”a, “Kasımpaşa” isə “Girəsunspor”a böyük hesabla qalib gəlib. Son çempion “Trabzonspor” “Antalyaspor”la ev oyununda inamlı qələbəyə sevinib. Beş qolun qeydə alındığı “Qalatasaray” – “Ümraniyəspor” matçı isə liderin növbəti qələbəsiylə yekunlaşıb.
Turun qalan qarşılaşmaları fevralın 2-də keçiriləcək.
Türkiyə Super Liqası
22-ci tur
31 yanvar
Alanyaspor – Sivasspor 0:3
Qol: Yatabare, 32; 45+2. Qradel, 50.
Fatih Karagümrük – Beşiktaş 1:1
Qol: Ozdoyev, 49 – C.Tosun, 33.
1 fevral
Qaziantep – Hatayspor 4:1
Qol: Yevtoviç, 38. Markoviç, 56; 77. Merkel, 88 – El Kaabi, 27.
Kasımpaşa – Girəsunspor 5:1
Qol: Fall, 14. Eysserik, 29-pen. A.Kara, 45+5-pen; 66. Ben Uanes, 50 – Saviçeviç, 10.
Qalatasaray – Ümraniyəspor 3:2
Qol: A.Bardakçı, 32. İkardi, 60-pen; 83 – U.Nayir, 11. O.Gurbulak, 39.
Trabzonspor – Antalyaspor 2:0
Qol: Trezeqe, 34. N.Ünüvar, 90+4.
2 fevral
18:00. Kayserispor – Başakşəhər
18:00. Konyaspor – İstanbulspor
21:00. Adana Dəmirspor – Fənərbaxça


