Super Liqa: “Fənərbaxça” 3 xalı 6 qolla qazandı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Konyaspor”la qarşılaşan “Başakşəhər” xal itirib. Tərəflər bu oyundan qolsuz ayrılılbar.

Əvəzində “Kasımpaşa” – “Fənərbaxça” matçı kifayət qədər məhsuldar alınıb. Meydan sahiblərinin matçın əvvəlində azlıqda qalmasından maksimum yararlanan “Fənərbaxça” bu oyunda 6 cavabsız qola sevinib.

Türkiyə Super Liqası
2-ci tur
15 avqust

Konyaspor – Başakşəhər 0:0

Kasımpaşa – Fənərbaxça 0:6
Qol: Kinq, 8. Valensiya, 34; 58. E.Mor, 45+3. A.Gülər, 86; 90+2.

Turun digər oyunlarında qeydə alınan nəticələr:

14 avqust

Qaziantep – Ankaragücü 1:0
Ümraniyəspor – Antalyaspor 0:1
Alanyaspor – Beşiktaş 3:3

13 avqust

Kayserispor – İstanbulspor 1:0
Adana Dəmirspor – Sivasspor 3:0
Qalatasaray – Girəsunspor 0:1

12 avqust

Trabzonspor – Hatayspor 1:0