Super Liqa: “Fənərbaxça” Alanyada 3 qolla sevindi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 26-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Fatih Karagümrük” – “Başakşəhər” matçında qalib müəyyənləşməyib. Qeyri-sabit mövsüm keçirən “Sivasspor” bu dəfə “Ankaragücü” ilə ev oyunundan qalib ayrılmağı bacarıb. “Alanyaspor”un qonağı olan “Fənərbaxça” da turu inamlı qələbə ilə başa vurub.

Beləliklə, 26 turdan sonra 60 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 54 xalla ikinci, “Beşiktaş” 49 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 45, “Başakşəhər” və “Trabzonspor” 41, “Kaysersipor” 35, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” isə 34 xal toplaya bilib. Sonrakı pillələrdə “Fatih Karagümrük” (31), “Antalyaspor” (28), “Alanyaspor” (28), “Sivasspor” (27), “Kasımpaşa” (26), “Qaziantep” (25), “Ankaragücü” (25) və “İstanbulspor” (24) qərarlaşıb. Son üç pillə isə “Girəsunspor” (23), “Hatayspor” (23) və “Ümraniyəspor”a (22) məxsusdur.

Türkiyə Super Liqası
26-cı tur
17 mart

Konyaspor – Qalatasaray 2:1
Qol: S.Dikmen, 62. O.Ülgün, 90+3 – M.Raşiça, 31.

18 mart

Kasımpaşa – Ümraniyəspor 1:1
Qol: Fall, 29 – Mrşiç, 41-pen.

Adana Dəmirspor – Antalyaspor 2:0
Qol: E.Akbaba, 33. Ndiaye, 45+2.

Beşiktaş – İstanbulspor 3:1
Qol: C.Tosun, 42. Abubakar, 56. Redmond, 90+3 – Lokilo, 70.

19 mart

Fatih Karagümrük – Başakşəhər 2:2
Qol: Borini, 45+4-pen. Diaqne, 90 – Alekşiç, 42. S.Gürler, 90+1.

Sivasspor – Ankaragücü 2:0
Qol: Kofi, 23. Says, 77-pen.

Alanyaspor – Fənərbaxça 1:3
Qol: Kuluris, 4 – E.Valensiya, 65-pen; 85-pen. E.Mor, 90+2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: