Super Liqa: “Fənərbaxça” “Girəsunspor”la matçda xal itirdi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 33-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Ümraniyəspor” – “Sivasspor” matçında meydan sahibləri darmadağına seviniblər. Dörd qolluq “Konyaspor” – “Kayserispor” oyununda isə qalib müəyyənləşməyib. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilk dəqiqələrdən mübarizə apardığı oyunun 56-cı dəqiqəsində əvəzlənib.

Günün son matçında çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” səfərdə “Girəsunspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu matçda xal itkisi ilə üzləşib.

33-cü turun qalan görüşləri mayın 8-də keçiriləcək.

Türkiyə, Super Liqa
33-cü tur
6 may

Antalyaspor – Beşiktaş 1:3
Qol: O.Toprak, 32 – Abubakar, 54; 89. C.Touns, 84.

Adana Dəmirspor – Alanyaspor 4:2
Qol: Ndiaye, 18. Belhanda, 45+5; 66. Y.Sarı, 57 – Kuluris, 11. E.Karaca, 45+1.

7 may

Ümraniyəspor – Sivasspor 4:1
Qol: U.Nayir, 7; 23-pen; 76. Kayode, 90+1 – Qradel, 34.

Konyaspor – Kayserispor 2:2
Qol: U.Yazğılı, 48. S.Dikmen, 55 – M.Kardozo, 46; 52.

Girəsunspor – Fənərbaxça 1:1
Qol: Bayiç, 68 – Batşuayi, 20-pen.

8 may

21:00. Qalatasaray – Başakşəhər
21:00. Trabzonspor – Ankaragücü

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: