Super Liqa: “Fənərbaxça” “Kasımpaşa”nı 5 qolla yendi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 21-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “İstanbulspor” – “Kayserispor” matçında qonaqlar qalib gəliblər. “Başakşəhər” “Konyaspor” üzərində inamlı qələbəyə sevinib. “Fənərbaxça” isə doğma meydanda “Kasımpaşa”nı böyük hesabla məğlub edib.

Beləliklə, 21 turdan sonra 48 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 44 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncüdür. “Beşiktaş” 38, “Adana Dəmirspor” 37, “Trabzonspor” 35 xal toplayıb.

Türkiyə Super Liqası
21-ci tur
27 yanvar

Beşiktaş – Alanyaspor 3:0
Qol: C.Tosun, 20-pen; 50. D.Alli, 59.

28 yanvar

Sivasspor – Adana Dəmirspor 1:2
Qol: Kofi, 63 – E.Akbaba, 41. Akintola, 56.

Ankaragücü – Qaziantep 0:2
Qol: Djibolodji, 47. Fiqeyredo, 90+7.

Hatayspor – Trabzonspor 2:1
Qol: El Kaabi, 47. B.Yıldırım, 50 – Bardi, 9.

Antalyaspor – Ümraniyəspor 3:2
Qol: Larsson, 38. G.Vural, 48. Fredi, 90+3 – U.Nayir, 33. O.Ayık, 56.

Girəsunspor – Qalatasaray 0:4
Qol: Mertens, 45+3. Dubua, 60. Raşiça, 88. Y.Akgün, 90+5.

29 yanvar

İstanbulspor – Kayserispor 2:4
Qol: Lokilo, 10. Etemi, 32 – Mane, 18. O.Bulut, 52. E.Başsan, 83. İ.Parlak, 89.

Başakşəhər – Konyaspor 2:0
Qol: B.Özcan, 43. D.Türüç, 64.

Fənərbaxça – Kasımpaşa 5:1
Qol: Valensiya, 37-pen; 39; 52; 69. Batşuayi, 90+2 – Fall, 24.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: