Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 19-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Fatih Karagümrük” matçında qalib müəyyənləşməyib. “Ümraniyəspor” doğma meydanda “İstanbulspor”a məğlub olub. Səfərdə “Qaziantep”lə qarşılaşan “Fənərbaxça” isə qələbəyə sevinib.
Beləliklə, 19 turdan sonra 42 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 38 xalla ikinci, “Başakşəhər” 34 xalla üçüncüdür. “Adana Dəmirspor”un 33, “Beşiktaş”la “Trabzonspor”un 32 xalı var.
Türkiyə Super Liqası
19-cu tur
13 yanvar
Kayserispor – Sivasspor 4:1
Qol: M.Hosseini, 23. O.Kemen, 31; 69. G.Sazdaği, 41 – R.Yalçın, 52.
Qalatasaray – Hatayspor 4:0
Qol: K.Aktürkoğlu, 9. X.Mata, 45+4; 45+6. B.Qomis, 76.
14 yanvar
Antalyaspor – Girəsunspor 2:2
Qol: D.Sinik, 4. L.Adriano, 59 – B.Saynts, 40. R.Bayiç, 79.
Adana Dəmirspor – Ankaragücü 3:1
Qol: Y.Sarı, 49. E.Akbaba, 66. G.İnlər, 77 – Radakoviç, 61.
Konyaspor – Beşiktaş 1:2
Qol: M.Günok, 1 – C.Tosun, 67. Jozef, 90+5.
Trabzonspor – Başakşəhər 1:0
Qol: Bakasetas, 21.
15 yanvar
Ümraniyəspor – İstanbulspor 0:2
Qol: Ethemi, 30. M.Kabasakal, 45+4.
Kasımpaşa – Fatih Karagümrük 2:2
Qol: Haderqyonay, 30-pen. Bahoken, 90+10 – Dreşeviç, 51. Borini, 61.
Qaziantep – Fənərbaxça 1:2
Qol: Kitsiu, 55 – Valensiya, 8; 90+1.


