Super Liqa: “Fənərbaxça” uduzdu, “Qalatasaray” 7 qola sevindi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 14-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Sivasspor” – “Ümraniyəspor” matçında qalib müəyyənləşməyib.

Lider “Fənərbaxça” bu dəfə doğma meydanda “Girəsunspor”a gözlənilməz şəkildə məğlub olub. Halbuki, qarşılaşmada hesabı açan tərəf məhz meydan sahibləri olublar. Səfərdə “Başakşəhər”lə qarşılaşan “Qalatasaray” isə rəqibini 7 cavabsız qolla məğlub edib.

14-cü tura bazar günü keçiriləcək 4 oyunla yekun vurulacaq.

Türkiyə Super Liqası
14-cü tur
11 noyabr

Alanyaspor – Adana Dəmirspor 0:0

Ankaragücü – Trabzonspor 1:1
Qol: T.Cigerci, 74-pen – Bardi, 70.

12 noyabr

Sivasspor – Ümraniyəspor 2:2
Qol: Yatabare, 32. Njie, 59 – Avunu, 27. Mrşiç, 83-pen.

Fənərbaxça – Girəsunspor 1:2
Qol: Valensiya, 19-pen – Sayns, 71; 83.

Başakşəhər – Qalatasaray 0:7
Qol: K.Aktürkoğlu, 14; 59; 85. İkardi, 45-pen. Ndayişimiye, 45+4-öz qapısına. Mertens, 65. A.Bardakçı, 88.

13 noyabr

15:30. Fatih Karagümrük – Qaziantep
18:00. İstanbulspor – Hatayspor
18:00. Kayserispor – Konyaspor
21:00. Beşiktaş – Antalyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: