Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 11-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Ümraniyəspor” – “Fatih Karagümrük” matçında hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə 3 qol vuran qonaq komanda meydanı inamlı və əzmkar qələbə ilə tərk edib.
Son çempion “Trabzonspor” “Sivasspor”la ev oyunundan minimal hesabla qalib ayrılıb. “Fənərbaxça” da İstanbul derbisində “Başakşəhər”i oxşar hesabla məğlub edib.
11-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə Super Liqası
11-ci tur
21 oktyabr
Antalyaspor – İstanbulspor 2:1
Qol: Fernando, 45+2. V.Sarı, 90+7 – Mehremiç, 26.
22 oktyabr
Ümraniyəspor – Fatih Karagümrük 1:3
Qol: U.Nayir, 3 – Biraski, 8. Diaqne, 55. Borini, 90+1.
Trabzonspor – Sivasspor 1:0
Qol: Hamşik, 9.
Fənərbaxça – Başakşəhər 1:0
Qol: D.Rossi, 84.
23 oktyabr
15:30. Kasımpaşa – Kayserispor
18:00. Adana Dəmirspor – Konyaspor
21:00. Qalatasaray – Alanyaspor
24 oktyabr
21:00. Girəsunspor – Ankaragücü
21:00. Hatayspor – Beşiktaş


