Super Liqa: “Fənərbaxça”dan çətin qələbə

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 35-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İkinci pillədə qərarlaşan “Fənərbaxça” da ilk oyun günündə meydana çıxıb. “Sarı-lacivərdlilər” doğma meydanda “Qaziantep”i qəbul edib. İstanbul təmsilçisi beş qolun qeydə alındığı bu oyunda çətin qələbəyə sevinib.

Günün digər matçında “Girəsunspor” evdə “Adana Dəmirspor”la qarşılaşıb. Bu oyunda da meydan sahibləri inamlı qələbə qazanıblar.

Lider “Trabzonspor” da bur turda evdə oynayacaq. Trabzon təmsilçisi “Antalyaspor”u sınağa çəkəcək. Sözügedən komanda bu oyunda qalib gəlsə, vaxtından öncə çempionluğu təmin edəcək.

Cari mövsümün uğursuz komandalarından olan “Qalatasaray” “Sivasspor”la üz-üzə gələcək, “Beşiktaş” isə “Kayserispor”la qarşılaşacaq.

Türkiyə Super Liqası
35-ci tur

29 aprel

Fənərbaxça – Qaziantep 3:2
Qol: D.Rossi, 5. S.Dursun, 62. M.Zayç, 82 – A.Sagal, 64. A.Maksim, 90+7-pen.

Girəsunspor – Adana Dəmirspor 2:0
Qol: U.Nayir, 21. Serjinyo, 48.

30 aprel

17:00. Konyaspor – Fatih Karagümrük
17:00. Kasımpaşa – Başakşəhər
21:30. Trabzonspor – Antalyaspor
21:30. Hatayspor – Altay

1 may

17:00. Kayserispor – Beşiktaş
17:00. Alanyaspor – Yeni Malatyaspor
21:30. Qalatasaray – Sivasspor
21:30. Göztəpə – Rizəspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: