Super Liqa: “Fənərbaxça”dan inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Hatayspor” – “Sivasspor” və “Altay” – “Başakşəhər” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Dörd qolun qeydə alındığı “Alanyaspor” – “Antalyaspor” matçı qonaqların qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” bu turda “Göztəpə”ylə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.

“Beşiktaş” bu turda “Girəsunspor”la qarşılaşacaq. Cari mövsümdə uğrusuz çıxış edən “Qalatasaray” turun son matçında autsayder “Yeni Malatyaspor”la üz-üzə gələcək.

Türkiyə Super Liqası
33-cü tur

15 aprel

Trabzonspor – Fatih Karagümrük 1:1
Qol: V.Huqo, 58 – Bilya, 45+4.

Kayserispor – Rizəspor 1:1
Qol: E.Başsan, 77 – Pohjanpalo, 67.

16 aprel

Hatayspor – Sivasspor 1:1
Qol: Benziya, 61 – Z.Erdal, 28-pen.

Alanyaspor – Antalyaspor 1:3
Qol: Dyedyu, 78 – Rayt, 17. G.Bayrakdar, 40; 58.

Altay – Başakşəhər 1:1
Qol: C.Gülselam, 89 – Trezeqe, 40.

Fənərbaxça – Göztəpə 2:0
Qol: S.Aziz, 4. A.Gülər, 83-pen.

17 aprel

14:30. Konyaspor – Qaziantep
17:00. Kasımpaşa – Adana Demirspor
21:30. Girəsunspor – Beşiktaş

18 aprel

21:30. Qalatasaray – Yeni Malatyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: