Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü dörd qarşılaşma baş tutmalı idi.
Lakin onlardan biri güclü qar yağışı səbəbindən təxirə salınıb. Söhbət “Başakşəhər” – “Antalyaspor” matçından gedir. Bu görüşün sabah keçirilməsi qərara alınıb.
Baş tutan oyunlara gəlincə, “Kayserispor” “Konyaspor”u, “Adana Dəmirspor” isə “Sivasspor”u qəbul edib. Beş qolun qeydə alındığı bu oyunlar qonaqların qələbəsi ilə başa çatıb.
Çempionlar Liqası zonasına can atan “Fənərbaxça” da səfərdə “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib. Bol qollu matç qonaqların qələbəsiylə yekunlaşıb.
Bu tur İstanbul derbisiylə əlamətdar olacaq. Avropa Liqasında çətin “Barselona” səfərindən sərfəli nəticə ilə dönən “Qalatasaray” doğma meydanda “Beşiktaş”la üz-üzə gələcək.
Türkiyə Super Liqası
29-cu tur
12 mart
Hatayspor – Fatih Karagümrük 3:0
Qol: Lobjanidze, 29. El Kaabi, 34; 55.
Altay – Yeni Malatyaspor 1:0
Qol: Payşao, 44-pen.
Kasımpaşa – Rizəspor 3:1
Qol: Mabil, 27. U.Bozok, 71. Fall, 74 – S.Ay, 65.
Trabzonspor – Göztəpə 4:2
Qol: Nvakaeme, 34. A.Ömür, 37; 53. Djanini, 49 – H.Akbunar, 31. S.Aydoğdu, 43.
13 mart
Kayserispor – Konyaspor 2:3
Qol: A.Parmak, 7. Qavranoviç, 14 – Gilyerme, 41-pen. Çikalleşi, 52; 61.
Adana Dəmirspor – Sivasspor 2:3
Qol: Stambuli, 58. Balotelli, 68-pen – P.Enrike, 28; 54; 90+2-pen.
Alanyaspor – Fənərbaxça 2:5
Qol: T.Bingöl, 53; 67 – D.Rossi, 26. M.Özil, 50. A.Güler, 78. Pelkas, 90. Berişa, 90+4.
14 mart
17:00. Başakşəhər – Antalyaspor
21:00 Girəsunspor – Qaziantep
21:00 Qalatasaray – Beşiktaş


