Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Ankaragücü” – “Kasımpaşa” matçında qapılara qol vurulmayıb. “Fatih Karagümrük” doğma meydanda “Antalyaspor”a minimal hesabla uduzub.
Azərbaycanlı futbolçu Mahir Emrelinin də formasını geyindiyi “Konyaspor” doğma meydanda son çempion “Trabzonspor” üzərində əzmkar qələbəyə sevinib.
Çempionluq uğrunda mübarizə aparan “Fənərbaxça” isə səfərdə “Sivasspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
32-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə Super Liqası
32-ci tur
28 aprel
Alanyaspor – Ümraniyəspor 1:0
Qol: Koka, 4.
29 aprel
Fatih Karagümrük – Antalyaspor 0:1
Qol: D.Sinik, 21.
Konyaspor – Trabzonspor 2:1
Qol: Pozuelo, 37. S.Dikmen, 85 – Hamşik, 12.
Ankaragücü – Kasımpaşa 0:0
Sivasspor – Fənərbaxça 1:3
Qol: Kaysedo, 76 – Rossi, 22. F.Kadioğlu, 45+1; 45+10.
30 aprel
20:00. Beşiktaş – Qalatasary
1 may
21:00. İstanbulspor – Girəsunspor


