Super Liqa: “Girəsunspor” qələbəni əldən verdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Girəsunspor”la “Fatih Karagümrük” komandaları üz-üzə gəliblər. Tərəflər dörd qolun qeydə alındığı bu oyundan hərəyə 1 xalla ayrılıblar.

25-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə Super Liqası
25-ci tur
10 mart

Girəsunspor – Fatih Karagümrük 2:2
Qol: Bayiç, 20. Saynts, 39 – L.Mercan, 45. Borini, 57-pen.

11 mart

17:00. Antalyaspor – Kayserispor
20:00. Qalatasaray – Kasımpaşa

12 mart

14:30. Ankaragücü – Alanyaspor
17:00. Trabzonspor – Adana Dəmirspor
20:00. Başakşəhər – Beşiktaş

13 mart

21:00. İstanbulspor – Sivasspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: