Super Liqa: İstanbul klubu doğma meydanda uduzdu

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/23 mövsümünün 27-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “İstanbulspor” doğma meydanda “Fatih Karagümrük”lə münasibətlərinə aydınlıq gətirib. Qonaq komanda bu oyundan tək qolla qalib ayrılıb.

Beləliklə, 27 turdan sonra 63 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 54 xalla ikinci, “Beşiktaş” isə 52 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 45, “Trabzonspor”la “Başakşəhər” 44, “Kayserispor” 41 xal toplayıb. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin də heyətində yer aldığı “Konyaspor” 35 xalla 8-ci pillədə qərarlaşıb. “Fatih Karagümrük” 34, “Sivasspor” 30, “Kasımpaşa” və “Alanyaspor” 29, “Antalyaspor” 28 xal qazana bilib. “Ankaragücü”nün hesabında 25, “Girəsunspor”la “İstanbulspor”un 24, “Ümraniyəspor”un 23 xal var. Super Liqadan çəkilmiş “Qaziantep” 25, “Hatayspor” isə 23 xala malikdir.

Türkiyə Super Liqası
27-ci tur
1 aprel

Başakşəhər – Ankaragücü 1:0
Qol: S.Gürlər, 36.

Trabzonspor – Kayserispor 3:4
Qol: M.Qomes, 3. A.Ömür, 50. Bardi, 54-pen – E.Başsan, 1. Tiam, 20. Mensa, 48-pen. K.Mane, 63.

Qalatasaray – Adana Dəmirspor 2:0
Qol: Midstyö, 86. Zaniolo, 90+8-pen.

2 aprel

Ümraniyəspor – Konyaspor 2:2
Qol: K.Demirtaş, 62-öz qapısına. O.Ayık, 89 – M.Diuf, 82. S.Dikmen, 90+7.

Girəsunspor – Alanyaspor 2:2
Qol: Can Davas, 84. Kuvas, 88-pen – E.Karaca, 17. Z.Ferhat, 73.

Fənərbaxça – Beşiktaş 2:4
Qol: E.Valensiya, 41-pen. İ.C.Kahveci, 90+5 – C.Tosun, 58; 62. Redmond, 76. V.Abubakar, 90+1.

3 aprel

İstanbulspor – Fatih Karagümrük 0:1
Qol: Diaqne, 27.