Super Liqa: “Kayserispor”la “Başakşəhər”dən heç-heçə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun son oyunu “Kayserispor”la “Başakşəhər” arasında keçirilib. Tərəflər bu görüşdən qolsuz, amma 1 xalla ayrılıblar.

Beləliklə, 7 turdan sonra maksimum nəticə ilə irəliləyən “Fənərbaxça” 21 xalla vahid liderdir. Son çempion “Qalatasaray” 19 xalla ikinci, 14 xala malik “Adana Dəmirspor” üçüncüdür. “Beşiktaş” 13, “Trabzonspor” və “Kasımpaşa” 12, “Hatayspor” və “Rizəspor” 11, “Kayserispor” 10, “Antalyaspor” və “Konyaspor” 9 xal toplayıblar. “Sivasspor”la “Alanyaspor”un 7, “Ankaragücü”, “Fatih Karagümrük” və “Qaziantep”in 6, “Pendikspor”la “Başakşəhər”in 4, “İstanbulspor”un 2, sonuncu olan “Samsunspor”un isə 1 xalı var.

Türkiyə, Super Liqa
7-ci tur
29 sentyabr

Samsunspor – Qaziantep 1:2
Qollar: Ntçam, 90+3-pen – Draquş, 3. Yevtoviç, 17.

30 sentyabr

Sivasspor – Hatayspor 0:0

İstanbulspor – Antalyaspor 1:2
Qollar: Ethemi, 26 – Buksa, 50; 60.

Trabzonspor – Pendikspor 2:1
Qollar: Onuaçu, 3. Bakasetas, 27 – E.Çekici, 36.

Qalatasaray – Ankaragücü 2:1
Qol: Zaha, 56. Bilazer, 60-öz qapısına – Cephas, 48.

1 oktyabr

Fatih Karagümrük – Kasımpaşa 2:3
Qollar: Çekkerini, 43. Sturaro, 89 – Çekkerini, 3-öz qapısına. A.Kara, 6; 34.

Fənərbaxça – Rizəspor 5:0
Qollar: Şimanski, 3. İ.C.Kahveci, 47. Dzeko, 63. Tadiç, 75. Kinq, 90+3.

Adana Dəmirspor – Alanyaspor 4:0
Qollar: Balotelli, 30; 47. Belhanda, 71. T.Aydoğan, 87.

Konyaspor – Beşiktaş 0:2
Qollar: U.Yazğılı, 45+1-öz qapısına. Abubakar, 63.

2 oktyabr

Kayserispor – Başakşəhər 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: