Futbol üzrə Türkiyə Super Liqasında 26-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “Konyaspor” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb. 8 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Başakşəhər” isə səfərdə “Rizəspor” üzərində inamlı qələbəyə sevinib.
Çempionluğa əsas namizəd “Trabzonspor” “Alanyaspor”un qonağı olacaq. Avrokubok zonasına düşməyə çalışan İstanbul nəhənglərindən “Beşiktaş” “Altay”dan, “Fənərbaxça” isə “Hatayspor”dan 3 xal qoparmağa çalışacaq.
“Qalatasaray” isə “Göztəpə” səfərində 6 oyunluq qələbə həsrətinə son qoymağa çalışacaq.
Türkiyə Super Liqası
26-cı tur
18 fevral
Konyaspor – Kasımpaşa 4:4
Qol: Amilton, 28. Rahmanoviç, 40. S.Dikmen, 52. Çikalleşi, 90+10 – Oanes, 7. Hayradinoviç, 46. U.Bozok, 60-pen. Mabil, 90+1.
Rizəspor – Başakşəhər 0:2
Qol: Trezeqe, 33; 52.
19 fevral
14:30 Yeni Malatyaspor – Antalyaspor
17:00 Kayserispor – Girəsunspor
20:00 Beşiktaş – Altay
20 fevral
14:30 Qaziantep – Adana Dəmirspor
17:00 Alanyaspor – Trabzonspor
17:00 Fatih Karagümrük – Sivasspor
20:00 Fənərbaxça – Hatayspor
21 fevral
21:00 Göztəpə – Qalatasaray


