Super Liqa: “Qalatasaray” 3 xalı 6 cavabsız qolla qazandı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 29-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Antalyaspor” – “Alanyaspor” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. Lider “Qalatasaray” isə “Kayserispor”la ev oyununda 3 xalı 6 cavabsız qolla qazanıb.

Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Türkiyə Super Liqası
29-cu tur
14 aprel

Antalyaspor – Alanyaspor 3:1
Qol: D.Sinik, 27. Ndao, 39. B.Yıldırım, 85 – Koka, 21.

Qalatasaray – Kayserispor 6:0
Qol: İkardi, 18; 42-pen; 45+12. Raşiça, 23. K.Aktürkoğlu, 59. Zaniolo, 71.

15 aprel

17:00. Adana Dəmirspor – Kasımpaşa
17:00. İstanbulspor – Başakşəhər
21:30. Fənərbaxça – Ankaragücü

16 aprel

17:00. Girəsunspor – Sivasspor
21:30. Trabzonspor – Beşiktaş

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: