Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 30-cu turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Alanyaspor” – “Qalatasaray” matçında qonaqlar darmadağına seviniblər. Nəticədə İstanbul təmsilçisi liderliyini daha da möhkəmləndirib.
“Fatih Karagümrük” – “Ümraniyəspor” matçı daha məhsuldar alınıb. Altı qolluq bu görüşdə isə meydan sahibləri inamlı qələbə qazanıblar.
30-cu turun qalan görüşləri 19 və 20 apreldə keçiriləcək.
Türkiyə Super Liqası
30-cu tur
18 aprel
Alanyaspor – Qalatasaray 1:4
Qol: E.Karaca, 17-pen – A.Bardakçı, 14. İkardi, 42. Mertens, 48. Raşitsa, 63.
Fatih Karagümrük – Ümraniyəspor 4:2
Qol: Lobjanidze, 45+1. Borini, 45+6-pen – U.Nayir, 36-pen.
19 aprel
18:00. İstanbulspor – Antalyaspor
18:00. Kayserispor – Kasımpaşa
21:30. Başakşəhər – Fənərbaxça
21:30. Konyaspor – Adana Dəmirspor
20 aprel
18:00. Ankaragücü – Girəsunspor
21:30. Sivasspor – Trabzonspor


