Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 33-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Lider “Qalatasaray” doğma meydanda İstanbulun digər təmsilçisi “Başakşəhər”lə qarşılaşıb. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər. Nəticədə “sarı-qırmızılar” çempionluğa bir qədər də yaxınlaşıblar.
Ötən mövsümün qalibi olan “Trabzonspor” isə “Ankaragücü”nü qəbul edib. Uğursuz mövsüm keçirən Trabzon təmsilçisi bu oyundan qalib ayrılıb.
Beləliklə, 33 turdan sonra 73 xalı olan “Qalatasaray” vahid liderdir. Sonrakı iki pillədə 68 xala malik “Fənərbaxça” və “Beşiktaş” komandaları qərarlaşıblar. “Adana Dəmirspor” 60, “Başakşəhər” 51, “Kayserispor” 49, “Trabzonspor” 48 xal toplayıb. Azərbaycanlı futbolçu Mahir Emrelinin də heyətində yer aldığı “Konyaspor 46 xalla 8-ci pillədə qərarlaşıb. “Fatih Karagümrük”ün 44, “Alanyaspor”un 38, “Sivasspor”un 37, “Antalyaspor”un 36, “Ankaragücü” və “İstanbulspor”un 35, “Kasımpaşa”nın 34 xalı var.
Türkiyə, Super Liqa
33-cü tur
6 may
Antalyaspor – Beşiktaş 1:3
Qol: O.Toprak, 32 – Abubakar, 54; 89. C.Touns, 84.
Adana Dəmirspor – Alanyaspor 4:2
Qol: Ndiaye, 18. Belhanda, 45+5; 66. Y.Sarı, 57 – Kuluris, 11. E.Karaca, 45+1.
7 may
Ümraniyəspor – Sivasspor 4:1
Qol: U.Nayir, 7; 23-pen; 76. Kayode, 90+1 – Qradel, 34.
Konyaspor – Kayserispor 2:2
Qol: U.Yazğılı, 48. S.Dikmen, 55 – M.Kardozo, 46; 52.
Girəsunspor – Fənərbaxça 1:1
Qol: Bayiç, 68 – Batşuayi, 20-pen.
8 may
Qalatasaray – Başakşəhər 1:0
Qol: İkardi, 45+8-pen.
Trabzonspor – Ankaragücü 2:0
Qol: U.Bozok, 45+1; 62.


