Super Liqa: “Qalatasaray” “Beşiktaş”ı xalsız yola saldı – Video

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Konyaspor” – “Pendikspor” matçında qonaqlar qələbə qazanıblar. “Kayserispor” “Rizəspor”u, “Qaziantep” isə “Antalyaspor”u məğlub yola salıb.

Turun mərkəzi oyunu da bu gün baş tutub. “Qalatasaray” İstanbul derbisində “Beşiktaş”ı qəbul edib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

9-cu turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
9-cu tur
21 oktyabr

Kayserispor – Rizəspor 3:1
Qollar: Tiam, 31; 66-pen; 89-pen – Zeqiri, 70.

Qaziantep – Antalyaspor 1:0
Qol: Nkulu, 71.

Konyaspor – Pendikspor 1:2
Qollar: Moreno, 49 – E.Yardımcı, 64. Diabi, 88.

Qalatasaray – Beşiktaş 2:1
Qollar: İkardi, 26; 82-pen – Çemberleyn, 69.

22 oktyabr

14:30. Sivasspor – Kasımpaşa
17:00. İstanbulspor – Ankaragücü
20:00. Fənərbaxça – Hatayspor
20:00. Samsunspor – Başakşəhər

23 oktyabr

21:00. Fatih Karagümrük – Adana Dəmirspor
21:00. Trabzonspor – Alanyaspor

Xəbəri sosial şəbəkələrdə paylaş: