Super Liqa: “Qalatasaray” büdrədi, “Fənərbaxça” qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Qaziantep”lə qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

“Fənərbaxça” səfərdə “Girəsunspor”la münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da İstanbul təmsilçisi qalib gəlib.

Mövsümün uğursuz komandalarından olan “Qalatasaray”ın bu turdakı rəqibi “Kayserispor” olub. “Sarı-qırmızılar” bu oyundan xal itkisi ilə ayrılıblar.

Lider “Trabzonspor” “Konyaspor”la, “Beşiktaş” isə “Adana Dəmirspor”la üz-üzə gələcək.

Türkiyə Super Liqası
25-ci tur
11 fevral

Altay – Rizəspor 0:0

12 fevral

Başakşəhər – Qaziantep 2:0
Qol: Pizzi, 34. S.Gürler, 87.

Girəsunspor – Fənərbaxça 1:2
Qol: Çikinyo, 2 – Valensiya, 30. Pelkas, 53.

Qalatasaray – Kayserispor 1:1
Qol: M.Məhəmməd, 85 – M.Kardozo, 70.

13 fevral

14:30 Sivasspor – Yeni Malatyaspor
17:00 Antalyaspor – Fatih Karagümrük
20:00 Kasımpaşa – Alanyaspor
20:00 Trabzonspor – Konyaspor

14 fevral

21:00 Adana Dəmirspor – Beşiktaş
21:00 Hatayspor – Göztəpə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: