Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 35-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Kasımpaşa” doğma meydanda “İstanbulspor”u minimal hesabla məğlub edib. “Kayserispor” isə “Alanyaspor”la ev oyununda 4 cavabsız qola üzülüb.
Lider “Qalatasaray” isə bu tur “Sivasspor”u qəbul edib. İstanbul nəhəngi bu görüşdən də qalib ayrılmaqla çempionluğa daha da yaxınlaşıb.
Turun qalan oyunları 21 və 22 mayda keçiriləcək.
Türkiyə, Super Liqa
35-ci tur
20 may
Kasımpaşa – İstanbulspor 1:0
Qol: Y.Özcan, 58.
Qalatasaray – Sivasspor 2:0
Qol: İkardi, 13; 63.
Kayserispor – Alanyaspor 0:4
Qol: E.Yardımcı, 9; 16. Kuluris, 65. Balkoveç, 90+3.
21 may
17:00. Ümraniyəspor – Ankaragücü
20:00. Adana Dəmirspor – Beşiktaş
20:00. Antalyaspor – Başakşəhər
22 may
21:00. Trabzonspor – Fatih Karagümrük