Super Liqa: “Qalatasaray” da uduzdu, “Fənərbaxça” da

Futbol üzrə Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

“Fənərbaxça” “Qaziantep”in, “Qalatasaray” isə “Sivasspor”un qonağıb. İstanbul təmsilçiləri səfərdən xalsız dönüblər. “Qalatasaray” minimal hesabla uduzub. “Fənərbaxça” isə 2 qol vurduğu oyunda öz qapısından 3 top buraxdığı üçün xalsız qalıb.

Türkiyə Super Liqası
16-cı tur
10 dekabr

Altay – Hatayspor 1:2
Qol: Pinares, 21 – Diuf, 38. Sent-Luis, 76.

11 dekabr

Fatih Karagümrük – Konyaspor 1:4
Qol: Peşiç, 12 – Rahmanoviç, 30. S.Gürlər, 53; 88. Gilyerme, 86.

Başakşəhər – Kasımpaşa 2:1
Qol: Vişça, 53. M.Təkdəmir, 90+2 – Hayradinoviç, 78.

Rizəspor – Göztəpə 3:1
Qol: Pohjanpalo, 40; 78. Sabo, 90+3 – Nukan, 61.

Antalyaspor – Trabzonspor 2:1
Qol: Fredi, 34-pen. D.Tokoz, 73-öz qapısına – Kornelius, 24.

12 dekabr

Adana Dəmirspor – Girəsunspor 1:0
Qol: Stambuli, 90+3.

Yeni Malatyaspor – Alanyaspor 2:6
Qol: Abid, 4. Tette, 17 – Dyedyu, 14; 56. Davidson, 23. E.Akbaba, 33. Novais, 52. Babakar, 90.

Beşiktaş – Kayserispor 4:2
Qol: Larin, 45. Batşuayi, 84; 89. G.Yalçın, 90+6 – Tiam, 38; 71.

13 dekabr

Sivasspor – Qalatasaray 1:0
Qol: Facr, 80.

Qaziantep – Fənərbaxça 3:2
Qol: Fiqeyredo, 8; 73. Maksim, 54-pen – M.Özil, 30. Zayç, 67.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: