Super Liqa: “Qalatasaray” da xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Lider “Trabzonspor”un bu turdakı rəqibi “Adana Dəmirspor” olub. Trabzonlular doğma meydanda inamlı qələbəyə seviniblər.

“Qalatasaray” bu turda “Altay”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyun heç-heçə bitib.

“Sivasspor” isə səfərdə “Alanyaspor”u minimal hesabla üstələyib.

Türkiyə Super Liqası
15-ci tur
3 dekabr

Kasımpaşa – Beşiktaş 1:1
Qol: U.Bozok, 82 – C.Bozdoğan, 12.

4 dekabr

Alanyaspor – Sivasspor 0:1
Qol: K.Kəsgin, 53.

Trabzonspor – Adana Dəmirspor 2:0
Qol: Nvakaeme, 26. Hamşik, 54.

Qalatasaray – Altay 2:2
Qol: H.Dərvişoğlu, 34. Diane, 79 – Pinares, 17. Bamba, 86-pen.

5 dekabr

14:30. Kayserispor – Antalyaspor
17:00. Girəsunspor – Fatih Karagümrük
17:00. Hatayspor – Başakşəhər
20:00. Fənərbaxça – Rizəspor

6 dekabr

21:00. Konyaspor – Yeni Malatyaspor
21:00. Göztəpə – Qaziantep