Super Liqa: “Qalatasaray” qalib gəldi, çempion evdə uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 27-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Ankaragücü” ilə oyundan tək qolla qalib ayrılıb. Yeddi qolun qeydə alındığı “Trabzonspor” – “Kayserispor” matçı qonaqların qələbəsiylə yekunlaşıb. Lider “Qalatasaray” isə “Adana Dəmirspor”la ev oyunundan qalib ayrılıb.

Turun qalan qarşılaşmaları qarşıdakı iki gündə baş tutacaq.

Türkiyə Super Liqası
27-ci tur
1 aprel

Başakşəhər – Ankaragücü 1:0
Qol: S.Gürlər, 36.

Trabzonspor – Kayserispor 3:4
Qol: M.Qomes, 3. A.Ömür, 50. Bardi, 54-pen – E.Başsan, 1. Tiam, 20. Mensa, 48-pen. K.Mane, 63.

Qalatasaray – Adana Dəmirspor 2:0
Qol: Midstyö, 86. Zaniolo, 90+8-pen.

2 aprel

14:30. Ümraniyəspor – Konyaspor
17:00. Girəsunspor – Alanyaspor
21:30. Fənərbaxça – Beşiktaş

3 aprel

21:30. İstanbulspor – Fatih Karagümrük

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: